12px13px15px17px
Tarix:14/01/12

“Facebook”da musiqiyə dostlarla birlikdə qulaq asmaq olacaq

“Facebook” şəbəkəsi istifadəçilərinə musiqiyə dostlarla eyni anda qulaq asmağı təklif edib. Yeni funksiya xidmətin rəsmi bloqunda təqdim edilib.

Artıq “Facebook” şəbəkəsinin istifadəçisi dostlarından kimsə musiqiyə qulaq asdıqda “Listen With” düyməsinə sıxa və bu musiqiyə onunla birlikdə qulaq asa bilər.

Bundan əlavə, istifadəçilər 50 insana qədər olan qrup yarada və musiqiyə birlikdə qulaq asa biləcəklər. Musiqini isə həmin qrup üzvləri arasından seçilmiş "dicey" seçəcək. Dostlarla birlikdə dinlənilən musiqilər haqqında mesajlar istifadəçilərin xəbər lentlərində görsənəcək.

“Facebook” nümayəndələri söz veriblər ki, istifadəçilər yeni funksiyanın məxfilik məsələlərini özləri sazlaya biləcəklər: onlar özləri dostlardan kimin dinlənilən musiqini görməsi və qulaq asmağa qoşulmasını təyin edəcəklər.

“Huffington Post” dəqiqləşdirib ki, yeni funksiya yalnız kimlərdə “Spotify” və “Rdio” xidmətləri üçün “Facebook” əlavələr quraşdırılıbsa, işləyəcək. Əgər belə əlavələr yoxdursa (quraşdırılmayıbsa), o zaman “Listen With” düyməsinə çıqqıltı etdikdə onu quraşdırmaq təklif ediləcək.
 




Baxış sayı: 1343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2024

22 02 2024