12px13px15px17px
Tarix:16/01/12

“Samsung” iki əməliyyat sistemini birləşdirir

“Samsung” şirkəti öz “bada” mobil platformasını “Tizen” əməliyyat sistemi ilə birləşdirmək niyyəti haqqında bildirib. Bu barədə Koreya korporasiyasının vitse-prezidenti Te-Cin Kan bildirib. Onun sözlərinə əsasən, artıq bu prosesə başlanılıb, lakin işin nə vaxt bitəcəyi hələlik məlum deyil.

Nəticədə “Tizen” əməliyyat sistemi “SDK bada” vasitəsi ilə yaradılmış əlavələri dəstəkləyəcək. ”Samsung” şirkəti iddia edir ki, “bada” ilə tanış olan tərtibatçılar üçün oxşar alətlər dəsti sayəsində “Tizen” üçün proqramlaşdırmaqda problemlər olmayacaq.

Te-Cin Kan əlavə edib ki, “Tizen” əməliyyat sistemi yaxın vaxtlarda “Samsung” şirkəti üçün əsas platforma olmayacaq. Şirkət cari ildə yalnız bu əməliyyat sistemi əsasında bir və ya iki model istehsal etməyi planlaşdırır.

Koreya korporasiyasının vitse-prezidenti, həmçinin qeyd edib ki, “Tizen” “bada” ilə müqayisədə daha yaxşıdır və məhsuldar telefonlar istifadə edilə bilər.
 




Baxış sayı: 1595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024