12px13px15px17px
Tarix:18/01/12

“Yahoo!”-nun təsisçilərindən biri şirkəti tərk edib

"Yahoo!" internet-şirkətinin təsisçilərindən biri və keçmiş icraçı direktoru Cerri Yanq Direktorlar şurasını və şirkətdə tutduğu bütün digər vəzifələri tərk edib. Bu barədə "Yahoo!"-nun rəsmi məlumatında bildirilib.

"Yahoo!"-nun yaradılması anından bu günə qədər  ordakı fəaliyyətim mənim həyatımda maraqlı və məhsuldar bir dövr olub. Lakin yeni nə iləsə məşğul olmaq vaxtı çatıb" – Cerri Yanq bildirib.
Cerri Yanq "Yahoo!" internet-şirkətini  1995-ci ildə Devid Filo ilə birlikdə yaradıb.

2008-ci ildə şirkətə Kerol Barts rəhbərlik etməyə başlayıb. 2011-ci ilin sentyabr ayında o, tutduğu vəzifəsindən azad edilib. Hal-hazırda şirkətə "PayPal" ödəmə sisteminin keçmiş prezidenti Skott Tompson rəhbərlik edir.




Baxış sayı: 1202

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024