12px13px15px17px
Tarix:19/01/12

Amerikanın pilotsuz qırıcı təyyarələri viruslardan mühafizə məqsədi ilə əməliyyat sistemini dəyişib

ABŞ-ın əvvəllər “Windows XP” bazasında çalışan BBC- pilotsuz uçuş aparatlarının idarə olunması sistemi “Linux”a köçürülüb.

Buna səbəb bir neçə ay öncə baş vermiş virus yoluxmasıdır. http://www.electroname.com saytının yaydığı xəbərə görə,  virus «Creech» aviabazasında “MQ-9 Reaper” təyyarələrinin kompyuter sisteminə Nevada ştatında daxil olub. İlk yoluxmanı kibernetik əməliyyatlara cavabdeh olan hava ordusu müəyyənləşdirərək dərhal baza komandasını məlumatlandırıb.

BBC-nin kompyuter sistemlərinə və şəbəkələrində olan standart nəzarət və müdafiə vasitələrinin köməyi ilə virus lokallaşdırılaraq, təcrid olunub. Daha sonra sistemin təmizlənməsini təmin etmək və virusun mənbəyini müəyyənləşdirmək üçün tam yoxlama həyata keçirilib.

Baş verənləri “kiçik xoşagəlməzlik” adlandıran BBC rəsmiləri bunun aviabazanın kompyuter sisteminə hücum olmadığını vurğulayıblar. Belə ki, virusun analizi onun heç bir məlumat ötürmə məqsədi daşımadığını göstərib.

Buna baxmayaraq, baş verənlər baza komandasını çətin vəziyyətdə qoyub və təxirəsalınmaz tədbirləri zərurətə çevirib. Bunun nəticəsində hələlik edilən yeganə dəyişiklik idarəolunan terminalların “Microsoft Windows”dan “ Linux”a dəyişdirilməsi olub.





Baxış sayı: 1401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024