12px13px15px17px
Tarix:23/01/12

Feliscope.com dünyada xoşbəxtlik və firavanlıq səviyyəsini ölçəcək

İnternet aləminə yeni daxil olan Feliscope.com istifadəçilərə fərqli, pulsuz onlayn-servis təqdim edir. Belə ki, dünyanın istənilən ölkəsində yaşayan və istənilən yaş-gender qrupuna daxil olan istifadəçilər burada öz şəxsi rifah halını və xoşbəxtliyini qiymətləndirə biləcək.

Xidmət özündə qiymətləndirmə anketini, istifadəçinin şəxsi məlumatlarının dünya statistikası ilə müqayisə üsullarını, klassik reytinq cədvəlini və dünya xəritəsinin kombinasiyasını cəmləşdirir.

Xidmətin əsasını istehlak və gəlir səviyyəsi, eləcə də regional və milli xüsusiyyətlər üzrə iqtisadi və sosial göstəricilərlə heç bir əlaqəsi olmayan xüsusi hazırlanmış qiymətləndirmə modeli təşkil edir.

Bununla da modelin müxtəlif ölkələr üzrə müqayisəli təhlillərə əsaslanan nəticələrinin tam universallığı və qanunauyğunluğu təmin olunur. Hazırda rus və ingilis dillərində olan xidmətin interfeysinə yaxın iki ay ərzində fransız, ispan və digər dillər də əlavə olunacaq.




Baxış sayı: 1318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024