12px13px15px17px
Tarix:23/01/12

İlk dəfə olaraq ABŞ-da reklam gəlirlərinə görə internet mətbuatı üstələyəcək

2012-ci il ərzində ABŞ-da reklam məsrəfləri 23,3 faiz artaraq, 39,5 milyard dollara çatacaq. Bununla da ilk dəfə olaraq, adıçəkilən ölkədə reklam gəlirlərinə görə internet mətbuatı üstələyəcək.

“eMarketer” agentliyinin yaydığı məlumata görə, hesablamalar mətbuatın reklam gəlirlərinin bu il 33,8 milyard dollar olacağını deməyə əsas verir.

2011-ci ildə isə ABŞ internetdə reklamlara 32,03 milyard dollar, çap mediasında 36 milyard dollar xərcləyib. 36 milyardlıq vəsaitin 20,7 milyard dolları jurnalların, 15,3 milyard dolları isə qəzetlərin payına düşüb.

Analitiklər gələcəkdə də Amerikada qəzet və jurnalların gəlirlərinin aşağı düşəcəyini, internetdə isə, əskinə, artacağını proqnozlaşdırırlar. “eMarketer”in yazdığına görə, bununla da 2016-cı ildə internetdə reklam gəlirləri 62 milyard dollar təşkil edəcək.

Həmişə olduğu kimi, ABŞ-da reklamdan daha çox gəlir əldə edənlər isə yenə də televiziyalardır. Hesablamalara əsasən, 2011-ci ildə onların qazançı 60,7 milyard dollar olub. 2016-cı ildə bu gəlirin 72 milyard dollar olacağı gözlənilir.

Analoji hal digər ölkələrdə də yasanmaqdadır. Məsələn, Rusiyada reklam gəlirləri səbəbindən internetin mətbuatı üstələməsi hələ 2011-ci ilin sonlarında məlum idi.

“Vedomosti” qəzetinin məlumatına görə, 2011-ci ilin üçüncü rübündə bu ölkədə internet-reklamlara yönəldilən vəsait 10,5 milyard manat, mətbuatda isə 8,6 milyard manat təşkil edib.




Baxış sayı: 1445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024