12px13px15px17px
Tarix:24/01/12

5 yaşlı amerikalı belə planşet istifadəçisidir

ABŞ-da bayramqabağı satış mövsümündə ən çox alınan cihazlar planşet və elektron kitabları oxumaq üçün qurğular olub.

“Pew İnternet & American Life Project” sorğusunun nəticələrinə əsasən,  dekabr ayının ortalarında planşetlər təxminən 10% həddi-büluğa çatmış amerikalıda olub. Lakin artıq yanvar ayının ilk həftələrində bu göstərici 19% təşkil edib, yəni bir aydan az bir müddətdə ABŞ-da planşet kompyuter  sahiblərinin sayı təqribən 2 dəfə artıb.

Bukrider seqmentində də eyni vəziyyət müşahidə olunur: həmin dövr ərzində belə qurğu sahiblərinin sayı, həmçinin 10%-dən 19%-ə qədər artıb.

Planşet və riderlər 30-49 yaşlılar arasında daha çox populyardır.
İlkin hesablamalara əsasən, 2011-ci ildə dünyada 50-60 milyon planşet kompyuteri satılıb. 2010-cu il ilə müqayisədə artım 250%-dən çox təşkil edib.

“Gartner” analitikləri hesab edirlər ki, planşet tədarükləri 100 milyonu  ötəcək. 2015-ci ildə planşet kompyuter bazarının həcmi 330 milyona çata bilər.




Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024