Tarix:25/01/12
Onun sözlərinə görə, dünyada kiberhücumlar və kiber casusluğun tətbiqi sahəsinə ABŞ, Rusiya və Böyük Britaniya liderlik edir. Bu barədə məlumatı "Reutres" agentliyi yayıb.
Makkonnell həmçinin bildirir ki, ABŞ-ın kəşfiyyat orqanları rəqiblərinin kompyuter sistemini tamamilə neytrallaşdırmağa və onun işini pozmağa imkan verən yeni texnologiyalara artıq çoxdan müvəffəqiyyətlə yiyələniblər.
Amma o, bu fəaliyyətin kimin əleyhinə və nə vaxt aparıldığını deməkdən imtina edib. Makkonnell hesab edir ki, ölkənin maliyyə, energetika, nəqliyyat sahələrində təhlükəsizliyi ilə yanaşı, onun kiber əməliyyatlardan müdafiəsi də prioritetlərə daxil edilməlidir.
Bundan başqa, kibercasusluq yolu ilə Amerika kompaniyalarında intellektual əmlakın oğurlanmasının qarşısının alınması da ön planda olmalıdır.
Onu da qeyd edək ki, bu ilin oktyabrında ABŞ Milli Təhlükəsizlik Agentliyinin indiki direktoru Kit Aleksander milli kəşfiyyatın böyük biznes və bank sferasına kiberhücumlardan etibarlı qorunmaq üçün kömək etməyə hazır olduğunu bildirib. Belə ki, 10 ildən artıqdır ki, daha mürəkkəb kiber hücumların əsas obyekti məhz maliyyə təşkilatları seçilirlər.
Kiberkəşfiyyata ABŞ, Rusiya və Böyük Britaniya liderlik edir
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru Mayk Makkonnell elektron şəbəkədə yayılan informasiyaların ələ keçirilməsi, kiber əməliyyatların reallaşması sahəsində Rusiyanın mövcud imkanlarını yüksək dəyərləndirir.Onun sözlərinə görə, dünyada kiberhücumlar və kiber casusluğun tətbiqi sahəsinə ABŞ, Rusiya və Böyük Britaniya liderlik edir. Bu barədə məlumatı "Reutres" agentliyi yayıb.
Makkonnell həmçinin bildirir ki, ABŞ-ın kəşfiyyat orqanları rəqiblərinin kompyuter sistemini tamamilə neytrallaşdırmağa və onun işini pozmağa imkan verən yeni texnologiyalara artıq çoxdan müvəffəqiyyətlə yiyələniblər.
Amma o, bu fəaliyyətin kimin əleyhinə və nə vaxt aparıldığını deməkdən imtina edib. Makkonnell hesab edir ki, ölkənin maliyyə, energetika, nəqliyyat sahələrində təhlükəsizliyi ilə yanaşı, onun kiber əməliyyatlardan müdafiəsi də prioritetlərə daxil edilməlidir.
Bundan başqa, kibercasusluq yolu ilə Amerika kompaniyalarında intellektual əmlakın oğurlanmasının qarşısının alınması da ön planda olmalıdır.
Onu da qeyd edək ki, bu ilin oktyabrında ABŞ Milli Təhlükəsizlik Agentliyinin indiki direktoru Kit Aleksander milli kəşfiyyatın böyük biznes və bank sferasına kiberhücumlardan etibarlı qorunmaq üçün kömək etməyə hazır olduğunu bildirib. Belə ki, 10 ildən artıqdır ki, daha mürəkkəb kiber hücumların əsas obyekti məhz maliyyə təşkilatları seçilirlər.
Baxış sayı: 926
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet