12px13px15px17px
Tarix:26/01/12

Pavel Durov “Wikipedia” onlayn-ensiklopediyasına 1 milyon dollar dəyərində kömək edəcək

Rusiyanın ən böyük sosial şəbəkəsi olan "Vkontakte"-nin yaradıcısı Pavel Durov bu yaxınlarda "Wikipedia" onlayn-ensiklopediyasına 1 milyon dollar dəyərində kömək edəcəyi barədə söz verib.

O, bu barədə Münhendə keçirilən "Digital Life Design" konfransında çıxışı zamanı bildirib.
"Vkontakte" sosial şəbəkəsinin yaradıcısı "Wikipedia" onlayn-ensiklopediyasının onun layihəsindən fərqli olaraq, daha vacib məqsədə xidmət etdiyini bildirib.

Qeyd edək ki, bir həftə əvvəl "Wikimedia Foundation" qeyri-kommersiya təşkilatı bildirib ki, 2011-ci il üçün təxminən 20 milyon dollar dəyərində məbləğ toplaya bilib.
 
 
 




Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024