12px13px15px17px
Tarix:26/01/12

Elektron audit vergi ödəyicilərinin işinə müdaxiləni aradan qaldıracaq

Elektron audit vergi ödəyicilərinin işinə müdaxiləni aradan qaldıracaq. Belə ki, e-audit texnologiyası vergi orqanlarının audit üzrə mütəxəssislərinə (e-auditorlara) müəssisənin mühasibat uçotu üzrə böyük həcmdə olan və elektron formatda saxlanılan məlumatlarını elektron daşıyıcılarında almağa və uzaq məsafədən audit ilə bağlı təhlil aparmağa imkan verir.

"İCT News" elektron xəbər xidmətinə bu barədə məlumat verən vergilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, e-audit məqsədləri üçün bir saniyədə onminlərlə e-məlumatları emal edən xüsusi proqram təminatlarından istifadə olunur.

Bunun əsasında e-məlumatlar qısa müddətdə təhlil edilir: "Vergi ödəyicisinin vergidən yayınma risklərini, əgər belə bir hal varsa, müəssisəyə getmədən vergi orqanının ofisində aşkar etmək olur. Bu isə səyyar vergi yoxlamalarının səmərəliliyini xeyli artırmış olur.

Çünki nəticədə səyyar yoxlamalarla bağlı həm dövlət xərcləri, həm də müəssisənin sərf etdiyi vaxt xeyli azalır. Bunun üçün, ilk növbədə, ən riskli vergi ödəyicilərinin müəssisələrində səyyar vergi auditi keçirilir".  A.Əsədov bildirib ki, e-audit vergi ödəyicilərini vergilərin könüllü və tam şəkildə ödənilməsinə yönəldir, bu da vergi intizamını artırır.

Digər tərəfdən, vergi ödəyiciləri öz mühasibat sistemlərini beynəlxalq standartlara uyğun, daha şəffaf qurmağa çalışırlar ki, nəticədə bu, onlara həm kredit, həm də xarici investisiyaların alınmasına köməklik edir.
 
 
 
 




Baxış sayı: 1559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024