12px13px15px17px
Tarix:26/01/12

“Eurovision” müsabiqəsi ərəfəsində “iPhone”, “iPad” və “iPodTouch” üçün pulsuz “Azerbaijan Pages” proqramı yaradılıb

Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri "iPhone", "iPad" və "iPodTouch" mobil qurğuları üçün nəzərdə tutulan pulsuz "Azerbaijan Pages" proqramını işləyib hazırlayıblar.

"Azerbaijan Pages" proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir və Azərbaycan, ingilis və rus dillərində çalışır. Proqram artıq "Apple" onlayn-mağazasında yerləşdirilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İnformasiya Mərkəzindən məlumat verilib.

Mənbədən qeyd edilib ki, "Azerbaijan Pages" kataloqunda muzeylər və teatrlar, kafe və restoranlar, mehmanxanalar, gecə klubları və kinoteatrlar, butik və fitnes klubları, bank və bankomatlar, dövlət idarələri, müxtəlif məhsul və xidmətlərin istehsalçıları və distribütorları haqqında məlumat yerləşdirilib. Bu proqram həm internetlə, həm də internetsiz çalışa bilir.

Proqramı bir dəfə aktiv qoşulma ilə açmaq kifayət edir. Bununla da istifadəçi yenilənmiş məlumatları yükləyə, gələcəkdə isə həmin məlumatları istifadə edə biləcək: " Bundan əlavə, internet bağlantısından istifadə etməklə qurğuya quraşdırılmış GPS vasitəsilə istənilən obyektə marşrut çəkə bilərsiniz. Proqram kataloqda olan istənilən nömrəyə zəng etməyə, qısa mesaj göndərməyə, veb- səhifələri nəzərdən keçirməyə və sosial şəbəkələrdə yazılanları oxumağa imkan verir".

Layihənin rəhbəri Zaur İsmayılovun sözlərinə görə, sözügedən proqram 2011-ci ildə "Turizm ili" çərçivəsində müstəqil proqramçılar qrupu tərəfindən işlənib hazırlanıb. Z.İsmayılov qeyd edib ki, "Azerbaijan Pages" proqramı "Apple" mobil qurğuları üçün nəzərdə tutulan ilk bu növ peşəkar Azərbaycan proqramıdır. "Azerbaijan Pages" həm azərbaycanlı istifadəçilər, həm də ölkənin qonaqları üçün rahat bir alətdir. "Eurovision" müsabiqəsinin Bakıda keçiriləcəyi müddətdə bu məhsul minlərlə xarici qonaqlar arasında xüsusi aktuallıq qazanacaq.

Qeyd edək ki, "http://azerbaijanpages.az" proqramın rəsmi saytı, "http://www.facebook.com/azerbaijanpages" layihənin "Facebook" sosial şəbəkəsindəki səhifəsidir. Proqramı yükləmək üçün bu linkə "http://itunes.apple.com/us/app/azerbaijan-pages/id492074857?ls=1&mt=8" daxil olmaq olar.
 




Baxış sayı: 3527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024