12px13px15px17px
Tarix:27/01/12

Dünyanın ən məşhur internet qəzeti

“ComScore” analitik şirkətinin analizinə görə, Britaniyanın “The Daily Mail” “tabloid”i “The New York Times”-i keçərək  dünyanın ən məşhur internet qəzeti seçilib.

Məsələn, keçən ilin dekabr ayı ərzində “tabloid”in saytına 45,3 milyon ziyarətçi daxil olub. “The New York Times” nəşrində isə bu göstərici 44,8 milyona bərabərdir. "Biz sadəcə, oxucu üçün maraqlı olan xəbərləri veririk" – Martin Klark bildirib.

“The New York Times” nəşri “comScore” analitik şirkətinin nəticəsi ilə tamamilə razı deyil. Amerika qəzetinin nümayəndəsi bildirib ki, ziyarətlərin sayına Britaniya “tabloidi”nin digər layihəsi olan “This is Money” də əhəmiyyətli təsir göstərib.

Bundan əlavə,
“The New York Times” nəşri “The Daily Mail” tabloidini rəqib hesab etmir. "Bu ki aydındır, yalnız bizim saytlarımızın əsas səhifələrini müqayisə etmək kifayətdir" – Aylin Merfi bildirib.




Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024