12px13px15px17px
Tarix:28/01/12

“Google maps”-dan maraqlı yenilik

"Google maps" olduqca maraqlı bir yeniliyə imza atıb. Şirkət bu yeniliyi vasitəsi ilə təcili xəbərlə istifadəçiləri məlumatlandıracaq. Yeni özəllik sayəsində hava durumu, təhlükəsizlik və zəlzələ xəbərləri kimi insan üçün olduqca maraqlı məlumatları axtarışların nəticələrində üzə çıxaracaq.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, axtarışların sonunda görünən hər hansı bir məlumata daxil olduqda isə maraqlı xəbərdarlıq xəbəri və bununla əlaqəli olan bölgə göstəriləcək.

Xəbərdarlıqların bütün axtarışların sonunda görünüb-görünməyəcəyi isə axtarışın mövzusuna, xəbərdarlığın önəminə və axtarılan sözlərə görə dəyişir.

Hər hansı xəbərdarlıq haqqında daha artıq bilgi əldə etmək üçünsə, "more information" bağlantısına daxil olmağınız kifayətdir. 
 
 




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024