12px13px15px17px
Tarix:30/01/12

1 milyondan çox şərh toplayan mesaj

ABŞ vətəndaşı Keti Mettyus “Facebook” sosial şəbəkəsində bir mesaja milyon şərh toplamaqla dostları ilə birlikdə “Ginnesin rekordlar kitabı”na düşmək cəhdinə təşəbbüs edib.

Həmin şərhləri toplamaq üçün Keti Mettyus “FrontierVille”-də onunla oynayan dost və tanışlarını dəvət edib. Nəticədə onlar 1001291 şərh toplaya biliblər. Bu isə əvvəlki rekorddan 2 dəfə çoxdur.

Keti Mettyus və dostları qərara gəliblər ki, “Facebook”da yazının altında başa düşülən post yazmaq lazım deyil və onlar iki hərfdən ibarət olan 1 milyondan çox şərh yazıblar.

“The Verge” qeyd edib ki, iştirakçılardan hər biri orta hesabla 9358 mesaj yazıblar və layihə 2011-ci ilin oktyabr ayında başlanıb.

Mettyusun sözlərinə görə, qrup “Ginnesin rekordlar kitabı”na qeydiyyata düşmək üçün ərizə təqdim edib, lakin nəşr hələ cavab verməyib.
 




Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024