12px13px15px17px
Tarix:30/01/12

Göndərilən mesaja görə həbs cəzası

Bu yaxınlarda Ukrayna Regionlar Partiyasından seçilmiş millət vəkili Vladimir Oleynik maraqlı qanun layihəsi hazırlayıb. Hazırlanan sənəd elektron ünvanlara gələn, vətəndaşların hüquqlarını, azadlığını və maraqlarını pozan kütləvi mesajlara görə cinayət məsuliyyətinin təmin olunmasını özündə ehtiva edir.

Bu barədə məlumat yayan "www.novoteka.ru" saytının yazdığına görə, belə mesajları göndərən hüquqpozana qarşı 17 mindən 34 min qrivenə qədər (68-136 min rus rublu) cərimə tətbiq oluna bilər.

Hətta həmin şəxsi 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası da gözləyir. Əgər göndərilən spamların fəsadları daha ağır olarsa, cəza tədbirləri sərtləşdirilərək, bu müddət 8 ilə qədər artırıla bilər.

Qeyd etmək lazımdır ki, spamların yayılması üzrə "Kasperski Laboratoriyası"nın əvvəlki reytinq cədvəlində Ukrayna artıq 10-cu yerini tərk edib. Hazırda bu siyahıda 11-ci yeri Rusiya, 18-ci yeri isə Ukrayna tutur. Hər cür spamların yayılması üzrə reytinqə liderlik edən ölkə isə Hindistandır.
 




Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024