12px13px15px17px
Tarix:03/02/12

“Ağıllı” telefon bazarında "Android" platforması liderdir

"ComScore" analitik şirkətinin 2011-ci ilin dördüncü rübü üzrə tədqiqatına əsasən, ABŞ-da smartfon istifadəçilərinin sayı 97,9 milyona qədər artıb. Bu göstərici keçən rüb 91.4 milyon təşkil edib.

"Google Android" əməliyyat sistemi amerikalılar arasında ən populyar platforma olaraq qalır: 47,3% smartfon bu mobil əməliyyat sistemi ilə işləyir. Bu göstərici əvvəlki rüb ilə müqayisədə 2.5% çoxdur. "Apple" şirkəti 29.6% göstərici ilə ikinci yeri tutur. Artım 2.2% təşkil edib.

Liderlər beşliyinə daxil olan digər mobil platformalar mənfi dinamika göstərib. Kanadanın "RİM" şirkəti üçün bu rüb uğursuz olub: 3 ay ərzində onun mobil sisteminin payı 18,9%-dən 16%-ə qədər azalıb.

"Samsung" şirkəti dəyişməz 25,3% göstərici ilə telefon və smartfon istehsalçılarının hesabına liderlik edir. "LG" və "Motorola" şirkətləri müvafiq olaraq, ikinci və üçüncü yerləri bölüşürlər. "Apple" şirkəti 12.4% bazar payına malik olub.


http://digit.ru/technology/20120203/389079892.html
 




Baxış sayı: 1685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024