12px13px15px17px
Tarix:04/02/12

800 gündən sonra «Windows XP» hakerlərin hücumlarına açıq olacaq

«Microsoft»un «dünyaya gətirdiyi» «Windows XP» hələ ki, ən çox istifadə edilən əməliyyat sistemidir. «Net Applications»un hesabatı göstərir ki, sözügedən sistemin alıcısı artıb. Belə ki, bu ilin ilk ayında bazardakı satış payını 47,19-a yüksəldən «Windows XP»-nin ötən ilin dekabrında bu rəqəmi 46,52 olub.

Hesabatın hələ ilkin yoxlama mərhələsində olduğu və şirkətin keyfiyyət idarə qrupunun əlindən keçmədiyi deyilir. Lakin bu rəqəmlərlə belə «XP»-nin artımı hələ də sual altında qalır.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, «Microsoft»un ən son əməliyyat sistemi, «Windows 7» 2012-ci ilin yanvarında bazardakı satış payını itirib. Hesabatda vurğulanır ki, «Windows 7» dünyadakı kompyuterlərin 36,40-na yüklənilib. Bu rəqəm ötən ilin dekabrında  36,99 olub.

«Windows Vista»nın isə bazardakı satış payı 8,22  olub. Amma onu 2,95 faizlə «2Mac OS X 10.6» önləyib.
Araşdırmaya görə, "Digər" sistemlər isə dünyadakı kompyuterlərin 3,06-na yüklənib.

«Microsoft» 800 gündən sonra «Windows XP» üçün rəsmi dəstəyi kəsəcəyi mesajını verib və şirkətlərin mümkün olan ən qısa müddət içərisində «Windows 7»-yə keçməsinin lazım olduğunu deyib

. Şirkət xəbərdarlıq edir ki, dəstəklərini dayandırdıqdan sonra bu sistem hakerlərin hücumlarına açıq olacaq.

«Microsoft»dan onu da bildiriblər ki, şirkət rəhbərliyi  gələcək əməliyyat sistemi olan «Windows 8»-i 2012-ci il bitmədən nəşr etdirmək istəyir.




Baxış sayı: 1562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024