12px13px15px17px
Tarix:06/02/12

İlin sonuna qədər Gəncənin elektron xəritəsinin hazırlanması başa çatacaq

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabriki bu ilin sonuna qədər turistlər üçün Gəncə şəhərinin elektron xəritəsinin hazırlanmasını başa çatdıracaq.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə fabrikin direktoru Müqabil Bayramov məlumat verib. M.Bayramov xəritənin hələlik çapa verilmədiyini deyib: "Amma bununla bağlı bütün hazırlıq işləri gedir.

Hazırda Naxçıvan, Mingəçevir, Sumqayıt şəhərlərinin turist xəritə-sxemləri üzərində iş aparırıq. Ümumiyyətlə, gələn turistlərin, eləcə də vətəndaşlarımızın lazım olan hər hansı obyekti tez tapması üçün respublikanın bütün böyük şəhərlərinin sxem-xəritələri hazırlanır.

Bu atlaslarda insanlara lazım olan bütün məlumatlar toplusu yer alır. Bundan başqa, ölkə prezidentinin 2011-ci ili "Turizm ili" elan etməsi ilə əlaqədar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində) Bakı şəhərinin "Turist atlası"nı hazırlayıb çap etmişik".

Atlasda Bakı şəhərinin planı, ümumcoğrafiyası, iqlimi, torpağı, bitkisi, ekoloji vəziyyəti, arxeoloji və memarlıq abidələri, "İçərişəhər" tarixi memarlıq və "Qala" tarixi etnoqrafik qoruqları, kurortlar, çimərliklər, nəqliyyatların (hava, dəniz, avtomobil, dəmiryol, metro) hərəkət cədvəli, dendralilər, zoopark, Binə və Sədərək yarmarkalarının sxematik təsvirləri, turizm agentlikləri və digər mühüm yerlər öz əksini tapıb. 160 səhifədən ibarət olan atlasda ilk dəfə olaraq kosmik şəkillərdən istifadə edilib: "Ümumiyyətlə, turistlərə lazım olan bütün məlumatları burada yerləşdirmişik.

Bakı şəhərinin "Turist atlası" 2012-ci ilin may ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək turistlər və xarici qonaqlar üçün lazımi əyani vəsaitdir. Bundan başqa, daşınması asan olması üçün q
atlama formasında Bakının daha bir sxematik planını da hazırlamışıq".
 
HƏQİQƏT
 




Baxış sayı: 1807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024