12px13px15px17px
Tarix:08/02/12

"Chrome" veb-səyyahının mobil versiyası istifadəyə verilib (VİDEO)

"Ria.ru" saytının məlumatına əsasən, "Google" şirkəti "Android 4.0" mobil əməliyyat sistemi ilə işləyən smartfon və planşetlər üçün "Chrome" veb-səyyahının mobil versiyasını istifadəyə verib. Bu barədə  "Google"-un korporativ bloqu xəbər verib.

2008-ci ildə istifadəyə verilmiş "Google Chrome" veb-səyyahı aktiv şəkildə istifadəçi auditoriyası toplamaqdadır. "StatCounter" şirkətinin məlumatına görə, "Chrome" veb-səyyahı populyarlığa görə hələ ki "İnternet Explorer"-dən geri qalır.

"Chrome" veb-səyyahının mobil versiyası "Android" platformasının son versiyası olan "İce Cream Sandwich" ilə işləyən qurğular üçün test rejimində indi əlçatandır. "Chrome" veb-səyyahının mobil versiyasını  "Google Android Market" onlayn-mağazasından yükləmək olar.








Baxış sayı: 1343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024