12px13px15px17px
Tarix:08/02/12

Fiziklər sərt diskləri 100 dəfələrlə sürətləndirməyin üsulunu tapıblar

"Onliner.by" resursunun məlumatına əsasən, Britaniya alimlər qrupu məlumatların yazılmasının yeni üsulunu kəşf ediblər. Bunun nəticəsində daha məhsuldar sərt disklər yaratmaq mümkün olacaq,- "New Scientist" xəbər verib. Əgər yenilik ticarət istehsalında istifadə edilsə, informasiyanın yazılma sürəti 100 dəfələrlə artacaq və saniyə ərzində terabaytı ötəcək.

Hal-hazırda "HDD"-də informasiyanın yazılması üçün maqnit sahəsindən istifadə olunur. Tomas Ostlerin rəhbərliyi ilə York Universitetinin alimləri maqnit sahəsini istilik enerjisi il əvəz etməyi təklif ediblər.

Fiziklər kəşflərini nəzəriyyə və təcrübədə təsdiq ediblər. Sınaq gedişində məlum olub ki, lazerin yüksək dəqiqliyi sayəsində yalnız yazma sürətini deyil, həm də sərt disklərin tutumunu dəfələrlə artırmaq olar. Bundan əlavə, sərt disklərin enerji istehlakı əhəmiyyətli dərəcədə azalacaq. Belə ki, lazer daha az enerji tələb edir.
 




Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024