Tarix:09/02/12
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, «GamesBids" saytının (www.gamesbids.com/eng/) "2020 - Olimpiya Oyunlarına hansı şəhərin ev sahibliyi etməsini dəstəkləyirsiz?" sualına respondentlərin 50,63%-i Bakının adını qeyd ediblər. 10252 səs toplayan Bakı bu sorğuda İstanbul (16.29%), Tokio (12.86% ), Madrid (10.89%), Doha (5.61%) və Roma (3.72%) şəhərlərini geridə qoyaraq beynəlxalq xəbər portalının oxucularının daha böyük rəğbətini qazanıb.
Sorğunun nəticələrini şərh edən Bakı - 2020 Təşkilat Komitəsinin icraçı direktoru Konul Nurullayeva bildirib ki, "GamesBids» xəbər portalının sorğusunda 2020 - Olimpiya Oyunlarına ev sahibliyi iddiasında olan Bakı şəhərinə daha çox dəstək göstərilməsi sevindiricidir.
O, adıçəkilən portalın Olimpiya Oyunlarına hazırlıq, namizədlik prosesi və namizəd şəhərlər haqqında xəbər yayan ən nüfuzlu saytlardan biri olduğunu deyib: «Olimpiya Oyunları ilə dünyada maraqlanan bir çox oxucular məhz bu saytdan xəbər alır.
Sorğuda iştirak edənlərin 50%-dən çoxunun Bakıya dəstək olması şəhərimizin və ölkəmizin dünyada ildən-ilə daha çox tanınması, idmanımızın artan potensialı və Azərbaycanın Olimpiya Hərəkatında fəal mövqeyinin göstəricisidir.
Əminəm ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfi bizə düşərsə, həm Azərbaycan, həm də bütün dünya üzrə Olimpiya Oyunlarına maraq göstərən vətəndaşların rəğbətini doğruldacaq və 2020-də ən gözəl Olimpiya Oyunlarından birini məhz Bakıda keçirəcəyik".
K.Nurullayeva onu da qeyd edib ki, sözügedən portal eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin də müntəzəm oxuduğu xəbər saytıdır. O, bu sorğunun nəticələrinin 2020 - Olimpiya Oyunlarına ev sahibliyinə namizəd şəhərləri müəyyənləşdirən BOK üzvləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.
Qeyd eldək ki, «GamesBids» portalının abunəçiləri arasında BOK-un 129 milli Olimpiya Komitəsi, beynəlxalq kütləvi informasiya vasitələri, BOK-un üzvləri, dünya üzrə çoxsaylı Olimpiya həvəskarları və idmançılar daxildir.
Onu da əlavə edək ki, 2011-ci ilin dekabrında Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin 95%-i 2020 – Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir, 93%-i bu oyunların Azərbaycanda idmanın inkişafını sürətləndirəcəyinə inanır, 30% -i isə oyunların təşkilində könüllü əsasda dəstək olmağa hazır olduqlarını bildiriblər.
SEYMUR
Bakı beynəlxalq idman portalının qalibidir
Nüfuzlu «GamesBids» beynəlxalq xəbər portalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2020 - Olimpiya Oyunlarına namizədlik iddiasında olan 6 şəhər arasında Bakı böyük səs çoxluğu ilə digər şəhərləri arxada qoyub.Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, «GamesBids" saytının (www.gamesbids.com/eng/) "2020 - Olimpiya Oyunlarına hansı şəhərin ev sahibliyi etməsini dəstəkləyirsiz?" sualına respondentlərin 50,63%-i Bakının adını qeyd ediblər. 10252 səs toplayan Bakı bu sorğuda İstanbul (16.29%), Tokio (12.86% ), Madrid (10.89%), Doha (5.61%) və Roma (3.72%) şəhərlərini geridə qoyaraq beynəlxalq xəbər portalının oxucularının daha böyük rəğbətini qazanıb.
Sorğunun nəticələrini şərh edən Bakı - 2020 Təşkilat Komitəsinin icraçı direktoru Konul Nurullayeva bildirib ki, "GamesBids» xəbər portalının sorğusunda 2020 - Olimpiya Oyunlarına ev sahibliyi iddiasında olan Bakı şəhərinə daha çox dəstək göstərilməsi sevindiricidir.
O, adıçəkilən portalın Olimpiya Oyunlarına hazırlıq, namizədlik prosesi və namizəd şəhərlər haqqında xəbər yayan ən nüfuzlu saytlardan biri olduğunu deyib: «Olimpiya Oyunları ilə dünyada maraqlanan bir çox oxucular məhz bu saytdan xəbər alır.
Sorğuda iştirak edənlərin 50%-dən çoxunun Bakıya dəstək olması şəhərimizin və ölkəmizin dünyada ildən-ilə daha çox tanınması, idmanımızın artan potensialı və Azərbaycanın Olimpiya Hərəkatında fəal mövqeyinin göstəricisidir.
Əminəm ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfi bizə düşərsə, həm Azərbaycan, həm də bütün dünya üzrə Olimpiya Oyunlarına maraq göstərən vətəndaşların rəğbətini doğruldacaq və 2020-də ən gözəl Olimpiya Oyunlarından birini məhz Bakıda keçirəcəyik".
K.Nurullayeva onu da qeyd edib ki, sözügedən portal eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin də müntəzəm oxuduğu xəbər saytıdır. O, bu sorğunun nəticələrinin 2020 - Olimpiya Oyunlarına ev sahibliyinə namizəd şəhərləri müəyyənləşdirən BOK üzvləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.
Qeyd eldək ki, «GamesBids» portalının abunəçiləri arasında BOK-un 129 milli Olimpiya Komitəsi, beynəlxalq kütləvi informasiya vasitələri, BOK-un üzvləri, dünya üzrə çoxsaylı Olimpiya həvəskarları və idmançılar daxildir.
Onu da əlavə edək ki, 2011-ci ilin dekabrında Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin 95%-i 2020 – Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir, 93%-i bu oyunların Azərbaycanda idmanın inkişafını sürətləndirəcəyinə inanır, 30% -i isə oyunların təşkilində könüllü əsasda dəstək olmağa hazır olduqlarını bildiriblər.
SEYMUR
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet