12px13px15px17px
Tarix:10/02/12

Baş prokurorluq “e-hökumət” tədbirlərini açıqladı

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2011-ci ildə  görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, iclasda baş prokuror  Zakir Qaralov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın icrası yekunlaşdırılıb.

O əlavə edib ki, prokurorluq orqanlarına dövlət səviyyəsində yüksək qayğı və diqqətin təzahürü olmaqla, fəaliyyətlərinin bütün sahələrini əhatə edən Dövlət Proqramı Azərbaycan Prokurorluğunun tarixində hərtərəfli inkişaf və müasirləşdirilmə dövrünün əsasını qoyub, 2009-2011-ci illər ərzində həyata keçirilən tədbirlərin nəticəsi olaraq prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun hərtərəfli təkmilləşdirilməsi, maddi-texniki təminatının müasir standartlar səviyyəsində yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, prokurorluğun işində yeni elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin yüksəldilməsi ilə nəticələnib.

Z.Qaralov onu da əlavə edib ki, Dövlət Proqramının icrası qaydasında yeni yaradılan Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən bir sıra mühüm proqramların, o cümlədən «Xüsusi məlumat» informasiya sisteminin, mərkəzi server qurulduqdan sonra tətbiqinə başlanılacaq «Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair» («E-Cinayət») məlumat sisteminin yaradılması təmin edilib, «İmtahan» informasiya sistemi vasitəsilə prokurorluq əməkdaşlarının hazırlıq səviyyəsinin test üsulu ilə yoxlanılması həyata keçirilib.

Həmçinin qeyld olunub ki, Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin imkanlarından istifadə olunmaqla, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilərək  «Elektron hökumət» layihəsi çərçivəsində Baş Prokurorluqda «Elektron Sənəd Dövriyyəsi» Proqramının yaradılması üçün görülən tədbirlərin ilkin mərhələsi başa çatdırılıb və həmin proqramın geniş təqdimat mərasimi keçirilib.

«2012-ci ilin əvvəlindən etibarən kağız dövriyyəsi ilə paralel sistemin real fəaliyyətinə başlanılıb. İnformasiya texnologiyalarının bu yeni metodunun Baş Prokurorluğun bütün qurumlarında hərtərəfli mənimsənilməsi və tətbiqi, sistemin normal fəaliyyətinin təmin olunması, mərhələ-mərhələ Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının sistemin işinə cəlb edilməsi barədə tapşırıqlar verilib».



SEYMUR 




Baxış sayı: 3444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024