12px13px15px17px
Tarix:10/02/12

“SUSE Linux” açıq əməliyyat sistemi 20 illiyini qeyd edir

"SUSE Linux" açıq əməliyyat sisteminin tərtibatçılar cəmiyyəti bu gün populyarlığa görə ikinci "Linux" distributivinin 20 illiyinin qeyd edilməsi ilə bağlı planları haqqında məlumat verib. Praktiki olaraq cari il ərzində davam edəcək kampaniya "SUSECon 2012" payız konfransında bitəcək.

"2012-ci ildə bayramı qeyd etməyimizə əsas var. "SUSE" bu gün bazarın lideridir. Şirkət "Linux"-un ticarət distributivlərinə olan tələbat nəticəsində əhəmiyyətli dərəcədə inkişaf edib  və o istiqamətdə də davam etməyi planlaşdırırıq" – "SUSE" şirkətinin prezidenti və baş meneceri Nils Braukmann bildirib.

"SUSE Linux" açıq əməliyyat sisteminin tarixi 1992-ci ildən başlanır. Belə ki, 1992-ci ilin ortasında Piter Makdonald "Linux"-un birinci distributivlərindən birini – "SLS"-i buraxıb.

Bu distributiv ilk dəfə olaraq istifadəçiyə yalnız  nüvə və əsas utilitlər dəstini deyil, həmçinin digər proqram təminatının ("XFree86" və "TCP/IP" dəstəklənməsi daxil olmaqla) geniş dəstini təklif edib. "SLS" distributivindən ilhamlanmış Patrik Folkerdinq isə məşhur "Slackware Linux" distributivini yaradıb. Bu distributiv isə öz növbəsində digərləri üçün əsas olub.

Həmin zaman Almaniyada "Gesellschaft für Software - und System-Entwicklung" ("Proqram və sistem hazırlaması"), qısaca olaraq "S.u.S.E" şirkəti yaranır. Onlar "Unix" sistemlər ilə bağlı suallar üzrə məsləhətlər verirdilər.

Bundan əlavə, firma müntəzəm olaraq proqram paketləri buraxır, "UNIX" və "Linux" üçün dərsliklər çap edirdi. 1994-cü ildə onlar "S.u.S.E Linux 1.0" adı altında "SLS/Slackware"-ın birinci CD-versiyasını buraxıblar. Sonralar, 1996-cı ildə onlar daha bir distributivlə, həmçinin "Slackware"-a  əsaslanan "Jurix" ilə birləşiblər. Artıq bu "S.u.S.E Linux 4.2" adını almış tamamilə dəyərli yeni distributiv idi.



http://cybersecurity.ru/os/143907.html







Baxış sayı: 1621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024