12px13px15px17px
Tarix:10/02/12

Dövlət Gömrük Komitəsi hüquqpozmalara qarşı mübarizədə informasiya texnologiyalarından geniş şəkildə istifadə edir

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə sahəsində də informasiya texnologiyaları geniş tətbiq edilir. Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayevin sözlərinə görə,  komitədə yaradılmış "Hədəf Mərkəzi"nə bütün məlumatlar bazası və yerli gömrük orqanlarının 800-ə yaxın kamerası birləşdirilərək, daxili və sərhəd keçid məntəqələrinin videomüşahidəsi real vaxt rejimində həyata keçirilir.

"Hədəf mərkəzi"ndə ölkə ərazisində gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinin müəyyən edilmiş marşrutla gömrük təyinat məntəqəsinə çatmasına nəzarət etmək məqsədilə "İki gömrük orqanı arasında daşınan mallara nəzarət GPS naviqasiya sistemi" Dövlət Gömrük Komitəsində tətbiq edilir. Layihənin nəticəsi olaraq ölkə ərazisində gömrük nəzarəti altında hərəkət edən 500 ədəd nəqliyyat vasitəsinə, eyni zamanda, nəzarət etmək mümkündür.


 Bundan başqa, yeni yaradılmış "Mobil qruplar"ın avtomobilləri kompyuter avadanlıqları, videokamera qurğuları və "Mobil VAİS" proqram təminatı ilə təchiz edilib. 
  




Baxış sayı: 1547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024