12px13px15px17px
Tarix:13/02/12

«Mərkəzi Bank müasir çağırışları innovasiyalarla adekvat qarşılamaq əzmindədir»

«Mərkəzi Bank elektron bankçılıq təcrübəsinin tətbiqində, ödəniş sisteminin müasirləşməsində, insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll edib».

Bu fikirləri MB-nin fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində adıçəkilən qurumun sədri Elman Rüstəmov söyləyib.

O, prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması barədə sərəncamını xatırladaraq bildirdi ki, sənədin strateji prioriteti yaxın illərdə ölkənin yüksəkgəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir.

«Bu prioritetdən çıxış edərək və "XXI əsrin Mərkəzi Bankı" ideyasını rəhbər tutaraq Mərkəzi Bank müasir çağırışları öz missiyası çərçivəsində yeni strategiya və innovasiyalarla adekvat qarşılamaq əzmindədir».






SEYMUR



Baxış sayı: 905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024