12px13px15px17px
Tarix:14/02/12

İstifadəçilər “Sony Music” şirkətini Hyustonun mahnılarının qiymətini artırdığına görə tənqid ediblər

“Sony Music” səsyazma şirkəti Uitni Hyustonun ölümündən bir neçə saat sonra onun mahnılarının qiymətini artırdığına görə tənqidə məruz qalıb. Bu barədə Britaniyanın məşhur “The Guardian” nəşri xəbər verib.

“The Guardian” nəşri yazıb ki, Uitni Hyustonun kompozisiyalarının bir çox hissəsinin hüquq sahibi olan “Sony Music” şirkəti müğənninin "The Ultimate Collection" albomunun qiymətini artırıb. Məlumat üçün qeyd edim ki, bu albomda müğənninin ən məşhur mahnıları yer alıb.

Musiqi azarkeşləri bu addımı Hyustonun məşhur hitlərinə olan tələbat nəticəsində pul qazanmaq cəhdi adlandırıblar.Uitni Hyuston “Beverli-Hillz”-də “Beverly Hilton” mehmanxanasının nömrəsində bazar günü gecə 48 yaşında vəfat edib.

Hyuston ən çox mükafata malik aktrisa kimi “Ginnesin rekordlar kitabı”na düşüb. O, yaradıcılıq fəaliyyətinə 11 yaşında başlayıb və bütün yaradıcılıq fəaliyyəti ərzində 6 "Qremmi" mükafatı, 15 “Billboard Music Awards” mükafatı, 21 “American Music Awards” mükafatı, 2 “Emmy” mükafatı və s. mükafatlar alıb.
 

EMIL




Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024