12px13px15px17px
Tarix:15/02/12

Bakı Dövlət Universitetində Virtual oxu zalı açılıb

Bu gün Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual oxu zalı açılıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə universitetin mətbuat mərkəzindən məlumat verilib. 

MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə “Dostluğun günbəzləri: kitabxanalar” meqa layihəsi çərçivəsində həyata keçirilən “MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanaların Virtual oxu zalları” layihəsi çərçivəsində açılan Virtual oxu zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron kitabxanasından bir təqvim ili müddətində istifadə etmək imkanı verəcək.

Oxu zalının açılışı ilə əlaqədar Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislov BDU-da olub. Açılış zamanı universitetin rektoru Abel Məhərrəmov bildirib ki, Virtual oxu zalının açılması olduqca mühüm hadisədir. Rektor əlavə edib ki, bu müddət ərzində tələbələr internet üzərindən Rusiya Dövlət Kitabxanasından istifadə edə biləcəklər.Qeyd edək ki, Virtual oxu zalı Rusiya Dövlət Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır.


SEYMUR



Baxış sayı: 1044

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024