12px13px15px17px
Tarix:15/02/12

İqtisadçılar İKT-nin sirlərinə daha yaxından bələd olacaq

  İqtisadçıların informasiya və kommunikasiya texnologiyalarına, avtomatlaşdırılmış proqram məhsullarına daha yaxından bələd olmaları və hərtərəfli inkişaf etmələri məqsədilə, "Smart Systems Technology" şirkəti öz proqram məhsulları olan "SMART-BANK" Avtomatlaşdırılmış Bank Sistemi və "SMART-FİNANCE" Avtomatlaşdırılmış Maliyyə Sistemini Azərbaycan Dövlət İqtisad Universitetində tədris üçün hədiyyə edib.

Bu barədə "İCTnews"  elektron xəbər xidmətinə şirkətin baş direktorunun 1-ci müavini - baş mühəndis cənab Firudin Əkbərov bildirib. Onun sözlərinə görə, şirkətin əsas proqram məhsulları olan "SMART-BANK" Avtomatlaşdırılmış Bank Sistemi, respublikanın irəlidə gedən 10 maliyyə strukturlarında (o cümlədən 70-dən artıq filialda), "SMART-FİNANCE" Avtomatlaşdırılmış Maliyyə Sistemi isə Dövlət Neft Fondunda tətbiq olunub.

 Qeyd edək ki, şirkətin proqram məhsullarından olan "SMART-BANK" ABS-nin və "SMART-FİNANCE" AMS-nin digər yerli və xarici proqram məhsullarından üstünlüklərinin bəziləri ondan ibarətdir ki, hər iki sistem Azərbaycan dilində tərtib olunub, real vaxt rejimində işləyən, Milli Bankın təlimatlarına və həmçinin istifadəçi bank və müəssisələrin konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqramlardır.
 




Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024