12px13px15px17px
Tarix:17/02/12

“Facebook” məşhurların hesablarının əsl olub-olmadığını yoxlayacaq

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" məşhurların və digər  ictimai şəxslərin hesablarının yoxlanması prosedurunu işə salmaq niyyətindədir. "TechCrunch" texnologiya bloqu yazıb ki, xeyli sayda abunəçisi olan istifadəçilər cümə günü öz şəxsiyyətini təsdiqləmək təklifi ilə mesaj alacaqlar.

Bunun üçün şəxsiyyəti təsdiqləyən sənədin şəklini göndərmək lazımdır. "Facebook" hesabın əslliyinin yoxlanmasından sonra həmin informasiyanı siləcək.


Hesabın təsdiqlənməsindən sonra isə istifadəçilər "Facebook"da istər yalnız ləqəbləri, istərsə də hər iki adı ilə eyni anda ola biləcəklər.

Məşhurların hesablarının yoxlanması funksiyası, həmçinin populyar "Twitter" mikrobloqlar xidmətində də mövcuddur. 2011-ci ilin avqust ayının sonunda "Google+" sosial şəbəkəsi də məşhur şəxslərin hesablarının əslliyini yoxlamağa başlayıb.Məlumat üçün qeyd edim ki, hazırda "Facebook" sosial şəbəkəsinin auditoriyası 845 milyonu ötüb.





EMİL
 
 




Baxış sayı: 1485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024