12px13px15px17px
Tarix:17/02/12

“Rabitə dünyası” qəzetinin Ümumdünya İqtisadi Forumuna həsr olunmuş xüsusi buraxılışı nəşr olunub

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi orqanı olan "Rabitə dünyası" qəzetinin İsveçrənin Davos şəhərində ənənəvi olaraq hər il təşkil olunan Ümumdünya İqtisadi Forumuna həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.

Azərbaycan və ingilis dilində yüksək keyfiyyətdə nəşr olunan qəzetdə Ümumdünya İqtisadi Forumunun tarixi, yaranma səbəbləri, təsisçisi, forum çərçivəsində müzakirə olunan mövzular, eyni zamanda Azərbaycanın forumda iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər barədə ətraflı məlumat verilib. Xüsusi buraxılışda dünya liderlərinin qlobal mövzular ətrafında çıxış və proqnozları, telekommunikasiya sektoru üzrə maraqlı ideya və fikirləri yer alıb.





Baxış sayı: 1511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024