Tarix:17/02/12
Sistemin ilkin versiyası “Apple”-ın saytında qeydiyyatdan keçmiş proqramçılar (developer) üçün cümə axşamından əlçatandır. Sistemin final versiyası isə cari ilin yayında çıxacaq. “Mountain Lion” əməliyyat sistemi də sələfi “OS X 10.7 Lion” kimi “Mac App Store” internet mağazası vasitəsilə yayılacaq.
Yeni “Mac OS X” əməliyyat sistemində “Apple”-ın mobil qurğularından tanınan bir çox əlavələr də olacaq. Məsələn, mesajlarla mübadilə üçün “iMessage” proqramı, həmçinin qeyd və xatırlatmaların yaradılması üçün müvafiq olaraq “Notes” və “Reminders” əlavələri və s.
“iOS 5” kimi, yenilənmiş “Mac OS X” əməliyyat sistemi də “Twitter” mikrobloqlar xidməti ilə inteqrasiya olacaq.
Sistemdə xəbərdarlıqlar mexanizmi reallaşdırılacaq. Beləliklə, müxtəlif bildirişləri cəm şəklində bir yerdə görmək mümkün olacaq. Hazırda bu məqsəd üçün adətən populyar “Growl” proqramı kimi kənar həll istifadə olunur.
“Apple” şirkəti, həmçinin “Gatekeeper” funksiyası haqqında bildirib. Bu funksiya proqram təminatının müxtəlif mənbələrdən quraşdırılmasına nəzarət edəcək. “Mac” kompyuterlərinin populyarlığının artması fonunda onlar getdikcə daha çox hakerlərin diqqətini cəlb edir. “Gatekeeper” funksiyası istifadəçini ziyanverici proqramlardan qorumaq üçün nəzərdə tutulub.
“Mac OS X 10.8” əməliyyat sistemi “Apple” şirkətinin “iCloud” “bulud” xidməti ilə daha sıx inteqrasiya olunacaq. Məlumat üçün qeyd edim ki, “iCloud” “bulud” xidməti öz işinə 2011-ci ilin oktyabr ayında başlayıb. Hazırda “iCloud” “bulud” xidmətində qeydiyyatdan keçmiş 100 milyondan çox hesab var.
Xatırladım ki, “Apple” şirkəti 2011-ci ilin dördüncü rübündə 5,2 milyon “Mac” kompyuteri satıb. Bu göstərici 1 il əvvəl ilə müqayisədə 26% çoxdur.
EMİL
“Apple” şirkəti yeni əməliyyat sistemini təqdim edib
“Apple” şirkəti yeni “Mountain Lion” əməliyyat sistemini, yəni “Mac OS X”-ın 10.8 versiyasını təqdim edib. Bu əməliyyat sistemi sayəsində platforma “iPhone” və “iPad”-da quraşdırılan “iOS” mobil sistemi ilə daha da sıx inteqrasiya olacaq. Bu barədə şirkətin saytında bildirilib.Sistemin ilkin versiyası “Apple”-ın saytında qeydiyyatdan keçmiş proqramçılar (developer) üçün cümə axşamından əlçatandır. Sistemin final versiyası isə cari ilin yayında çıxacaq. “Mountain Lion” əməliyyat sistemi də sələfi “OS X 10.7 Lion” kimi “Mac App Store” internet mağazası vasitəsilə yayılacaq.
Yeni “Mac OS X” əməliyyat sistemində “Apple”-ın mobil qurğularından tanınan bir çox əlavələr də olacaq. Məsələn, mesajlarla mübadilə üçün “iMessage” proqramı, həmçinin qeyd və xatırlatmaların yaradılması üçün müvafiq olaraq “Notes” və “Reminders” əlavələri və s.
“iOS 5” kimi, yenilənmiş “Mac OS X” əməliyyat sistemi də “Twitter” mikrobloqlar xidməti ilə inteqrasiya olacaq.
Sistemdə xəbərdarlıqlar mexanizmi reallaşdırılacaq. Beləliklə, müxtəlif bildirişləri cəm şəklində bir yerdə görmək mümkün olacaq. Hazırda bu məqsəd üçün adətən populyar “Growl” proqramı kimi kənar həll istifadə olunur.
“Apple” şirkəti, həmçinin “Gatekeeper” funksiyası haqqında bildirib. Bu funksiya proqram təminatının müxtəlif mənbələrdən quraşdırılmasına nəzarət edəcək. “Mac” kompyuterlərinin populyarlığının artması fonunda onlar getdikcə daha çox hakerlərin diqqətini cəlb edir. “Gatekeeper” funksiyası istifadəçini ziyanverici proqramlardan qorumaq üçün nəzərdə tutulub.
“Mac OS X 10.8” əməliyyat sistemi “Apple” şirkətinin “iCloud” “bulud” xidməti ilə daha sıx inteqrasiya olunacaq. Məlumat üçün qeyd edim ki, “iCloud” “bulud” xidməti öz işinə 2011-ci ilin oktyabr ayında başlayıb. Hazırda “iCloud” “bulud” xidmətində qeydiyyatdan keçmiş 100 milyondan çox hesab var.
Xatırladım ki, “Apple” şirkəti 2011-ci ilin dördüncü rübündə 5,2 milyon “Mac” kompyuteri satıb. Bu göstərici 1 il əvvəl ilə müqayisədə 26% çoxdur.
EMİL
Baxış sayı: 1753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)