12px13px15px17px
Tarix:17/02/12

Strasburqda Xocalı faciəsinin ildönümü münasibətilə mitinq keçiriləcək

Fevralın 26-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin  ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirəcək.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı Rabitə Qovşağının rəisi, soyqırımın şahidi Cavid Əliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycandan tərkibində Prezident Aparatından, Milli Məclisdən, ATXƏM-dən olan nümayəndə heyəti Fransaya səfər edəcək.

 Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Federasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələrinin də iştirak etməsi gözlənilir.


Mitinqdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən, "Xocalıya ədalət" kampaniyasının şüarları istifadə olunacaq, ATXƏM-in hazırladığı bukletlət Strasburq ictimaiyyətinə paylanacaq. Mitinqdə, eyni zamanda, Xocalı soyqırımının tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxunacaq.

  Ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olub.

Erməni quldur birləşmələri mənfur sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçiriblər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdiriblər.


RƏVAN



Baxış sayı: 972

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024