12px13px15px17px
Tarix:21/02/12

“Bakcell”in 2,6 milyondan çox fəal abunəçisi var

“Hilton Baku” hotelində “Bakcell” şirkətinin 2011-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Şirkətin icraçı direktoru Riçard Şirer çıxış edərək “Bakcell”-in ötən ildə fəaliyyəti barədə ətraflı məlumat vermiş, əldə olunan uğurlardan danışıb. Bildirib ki, Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”in həyatında 2011-ci il inkişaf ili kimi yadda qalıb.

Müştəriləri ən yüksək keyfiyyətli mobil xidmətlərlə təmin etmək məqsədi ilə ötən illərdə şəbəkəmizə yatırılan irihəcmli sərmayələrin nəticəsi olaraq, bu gün “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, işğal olunmuş torpaqlar istisna olmaqla isə, ölkə ərazisinin 92 faizini əhatə edir. Eyni zamanda, bu gün 2,6 milyondan çox fəal abunəçimiz vardır.

Həmçinin ötən il “BakuTel” sərgisində şirkətimiz 3G xidmətlərini “Sür@” ticarət nişanı altında kommersiya istifadəsinə verilməsini elan etmiş, eləcə də dördüncü nəsil texnologiyaların geniş imkanlarını nümayiş etdirib.

Əhalini yüksəksürətli internetə giriş imkanı ilə təmin etmək üçün “Bakcell” şirkətinin şəbəkəsi ən qısa müddətdə 3G səviyyəsinədək modernləşdirilib.

Hazırda şirkətimiz Azərbaycanın 62 şəhərində sürəti 28 mb/s-yə qədər olan və bütün operatorlar arasında ən sürətli internet xidmətlərini təklif etməkdədir. Hazırda 1 milyona yaxın abunəçi “Bakcell”-in yüksəksürətli internet və 3G şəbəkəsinin üstünlüklərindən yararlanır.

Şirkətimizin “3G Sür@” xidmətinə başlamasından sonra Azərbaycanda ilk dəfə olaraq ən sərfəli internet paketlərlə birgə “Opera Mini” brauzerinin xüsusi versiyası da təqdim edilib. 2011-ci ildə şirkətin gəlirlərində sabit bazar şəraitində 5 faizlik artım qeydə alınıb. Bundan əlavə, xidmət infrastrukturunu möhkəmləndirmək və müştərilərə ən üstün şəbəkə təcrübəsini təqdim etmək məqsədi ilə investisiya proqramını sürətləndirmək üçün “Bakcell” 40 milyon manat məbləğində istiqraz buraxıb.

Bildirilib ki, “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə  şirkət qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş müxtəlif təhsil proqramlarına da  dəstəyini göstərməkdədir.

Tədbirdə “Bakcell”-in keçən ildəki kampaniyaları və tarif paketləri, həmçinin göstərdiyi digər xidmətlər barədə ətraflı məlumat verilmiş və jurnalistlərin sualları cavablandırılıb.
                                      




Baxış sayı: 1793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024