Tarix:22/02/12
2003-cü ildə Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış ESI Şərqi Avropa Regional Mərkəzi Bolqarıstanda yerləşir. Mərkəzin əsas missiyası İT sahəsində bilik, innovasiya, fasiləsiz təkmilləşmə vasitəsilə rəqabətədavamlığın artırılmasına, tərəfdaşlığın inkişafına dəstək vermək, regional əməkdaşlığa nail olmaqdır. ESI CEE-nin əsas fəaliyyət istiqaməti daha səmərəli üsul və münasib xərclərlə proqram məhsulları sənayesinə yardım etməkdən ibarətdir.
“İCTnews” Elektron xəbər xidməti İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutda elmi-texniki sahədə innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, yüksək texniki avadanlıqlarla təmin olunması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqqında qonağa məlumat verib, davamlı inkişafın əldə edilməsində elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu bildirib. Alim ölkədə proqram məhsullarının istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi məsələlərinə də toxundu. Bu sahədə görülən işlərin, ümumiyyətlə proqram məhsulları sənayesinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Prof. C.Şarkov rəqabətədavamlı İT-sənayesinin inkişafının Mərkəzin başlıca hədəflərindən olduğunu bildirib. Elmi-tədqiqat institutları, müxtəlif İT-şirkətlərləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edən qonaq ESI CEE-nin bu istiqamətdə həyata keçirdiyi işlərdən söhbət açdı.
Bolqarıstan, Rumıniya, Estoniya və s. kimi ölkələrlə həyata keçirilən layihələr haqqında məlumat verib. İT-kadrların yetişdirilməsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən prof. C.Şarkov Azərbaycanda da müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.Sonra qonaq institutun ən son texnologiyalarla təchiz olunmuş strukturları ilə yaxından tanış olub.
Azərbaycanda proqram məhsulları sənayesinin formalaşdırılması üçün real imkanlar var
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Avropa Proqram Təminatı İnstitutunun Şərqi Avropa Mərkəzinin (ESI CEE – European Software İnstitute Center Eastern Europe) direktoru professor Corc Şarkov ilə görüş keçirilib.2003-cü ildə Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış ESI Şərqi Avropa Regional Mərkəzi Bolqarıstanda yerləşir. Mərkəzin əsas missiyası İT sahəsində bilik, innovasiya, fasiləsiz təkmilləşmə vasitəsilə rəqabətədavamlığın artırılmasına, tərəfdaşlığın inkişafına dəstək vermək, regional əməkdaşlığa nail olmaqdır. ESI CEE-nin əsas fəaliyyət istiqaməti daha səmərəli üsul və münasib xərclərlə proqram məhsulları sənayesinə yardım etməkdən ibarətdir.
“İCTnews” Elektron xəbər xidməti İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutda elmi-texniki sahədə innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, yüksək texniki avadanlıqlarla təmin olunması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqqında qonağa məlumat verib, davamlı inkişafın əldə edilməsində elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu bildirib. Alim ölkədə proqram məhsullarının istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi məsələlərinə də toxundu. Bu sahədə görülən işlərin, ümumiyyətlə proqram məhsulları sənayesinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Prof. C.Şarkov rəqabətədavamlı İT-sənayesinin inkişafının Mərkəzin başlıca hədəflərindən olduğunu bildirib. Elmi-tədqiqat institutları, müxtəlif İT-şirkətlərləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edən qonaq ESI CEE-nin bu istiqamətdə həyata keçirdiyi işlərdən söhbət açdı.
Bolqarıstan, Rumıniya, Estoniya və s. kimi ölkələrlə həyata keçirilən layihələr haqqında məlumat verib. İT-kadrların yetişdirilməsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən prof. C.Şarkov Azərbaycanda da müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.Sonra qonaq institutun ən son texnologiyalarla təchiz olunmuş strukturları ilə yaxından tanış olub.
Baxış sayı: 1635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)