12px13px15px17px
Tarix:22/02/12

Azərbaycan gəncləri “e-mail hücum” etdilər

Bu gün Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımının 20 illiyi münasibətilə  "e-mail hücum" adlı qeyri-adi tədbir keçirib. Tədbirdə beynəlxalq təşkilatlara, ölkəmizdə olan səfirliklərin elektron ünvanına Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərilib.

Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasıdır. Belə ki, Milli Şura tərəfindən hazırlanan bəyanat 800-dən çox e-mail adresinə göndərilib.

Tədbirdə iştirak edən media nümayəndələri də "e-mail hücum"da iştirak ediblər. Milli Şura Xocalı soyqırımı ilə əlaqədar bəyanat da yayıb. Bəyanatda deyilir: "Erməni silahlı qüvvələri tərəfindən yüzlərlə azərbaycanlı vətəndaşlarına qarşı törədilən kütləvi soyqırımı Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı adlı kiçik şəhərdə, fevralın 25-dən 26-na keçən gecə baş vermişdir.

Xocalıya olan hərbi müdaxilə və canlı koridor vasitəsilə qaçmağa çalışan mühasirəyə alınmış dinc əhaliyə qarşı olan ardıcıl soyuq qanlı atəş nəticəsində 613 nəfər həlak olmuşdur.  Onların əksəriyyəti yaşlı insanlar, qadın və uşaqlardır.


Biz bəyan edirik ki, bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən tarixi və hüquqi qiymətini almamışdır, baxmayaraq ki, faciə 20 il əvvəl baş vermişdir. Biz Sizi erməni silahlı qüvvələri tərəfindən 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımına hüquqi və tarixi qiymətin verilməsinə çağırırıq.
Biz bu məsələ ilə bağlı məlumat mənbəyi kimi çıxış etməyə hazırıq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatları tərəfindən yaradılmışdır və 31 yanvar 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Hazırda ARGTMŞ-ın 70 üzv təşkilatı vardır.

ARGTMŞ birləşmiş gənclər platforması, aparıcı gənclər təşkilatı, əməkdaşlıq mərkəzi, gənclər strukturlarının vasitəçisi, gənclərin beynəlxalq inteqrasiyasının təşkilatçısıdır. ARGTMŞ Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür və 2002-ci ildən bəri Beynəlxalq Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusa malikdir".


RƏVAN
 




Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024