12px13px15px17px
Tarix:23/02/12

“Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib

Bu gün "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda ictimai müzakirələr keçirilib. Tədbir Vergilər Nazirliyinin, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı ilə reallaşıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, müzakirədə vergilər nazirinin müavini Sahib Ələkbərov korrupsiyaya qarşı mübarizə tədbirləri, bu sahədə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün görülən işlər və elektron xidmətlərin tətbiqi barədə məlumat verib.

Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədəki rolundan danışaraq bildirib ki, bu sahədə yeni internet resurslarının yaradılması, əhalinin məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə və məlumatlandırma kampaniyaları olduqca əhəmiyyətlidir: "Son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin əsas tərəfdaşına çevrilməkdədir və bu sahədə səmərəli nəticələrin əldə olunmasında bu institutların rolu artmaqdadır".

Daha sonra Vergilər nazirinin müşaviri Günay Cəfərli "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda qeyd olunub ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və korrupsiyaya şərait yaradan halların baş verməməsi üçün vergi sistemində müasir texnologiyalardan və beynəlxalq təcrübədən istifadə olunur.Tədbirdə elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi də vurğulanıb.
 
SEYMUR
 
 




Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024