Tarix:13/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “42TUT” resursuna istinadən yazır ki, məlumata görə, “Touch Bar” sensor panelinə malik 13 və 15 düym diaqonallı ekranlarla təchiz edilən noutbuk versiyaları yenilənib. 12 düymlük versiya (Pro cihazı ilə təchiz edilməyən) və “MacBook Air” dəyişikliyə məruz qalmayıb.
Yeni “MacBook Pro” noutbuklarının displeyləri, həmçinin, panelin rəng spektrini işıqlandırmadan asılı olaraq optimallaşdıran “True Tone” funksiyasını dəstəkləməyə başlayıb.
Daha bir yenilik əvvəlki versiya ilə müqayisədə nisbətən gec sıradan çıxan “kəpənək” tipli üçüncü nəsil klaviaturası ilə əlaqədardır. Bundan başqa, noutbuklara yardımçını çağırmaq üçün “Hey Siri” səsli funksiyasından istifadəyə imkan verən xüsusi “T2” çipi inteqrasiya olunub.
“Apple” nümayəndələrinin sözlərinə görə, akkumulyatorların tutumu daha güclü prosessorları kompensasiya etmək üçün ötənilki modellərlə müqayisədə nisbətən artırılıb. Lakin bununla yanaşı, avtonom iş vaxtı dəyişməz qalıb.
15 düymlük “MacBook Pro” turbo rejimində 2,9 QHs-4,8 QHs takt tezlikli səkkizinci nəsil “Intel Core i7” və “Core i9” prosessorları ilə təchiz olunub. “Radeon Pro” diskret qrafikası 4 giqabaytlıq yaddaşa malikdir. Bundan əlavə, “SSD” toplayıcısında quraşdırılmış yaddaşın tutumu 4 terabayt, “DDR4” tipli operativ yaddaşın isə 32 giqabayt təşkil edir.
13 düymlük versiya səkkizinci nəsil (2,7 QHs-4,5 QHs takt tezlikli) “Intel Core i5” və ya “Core i7” prosessorları, “SSD” toplayıcısında 2 terabayt tutumlu quraşdırılmış yaddaş, eləcə də “Intel Iris Plus 655” qrafik sürətləndiricisi ilə təchiz edilib.
Nizam Nuriyev
“Apple MacBook Pro” noutbukları yenilənib
“Apple” şirkəti güclü prosessor və təkmilləşdirilmiş klaviatura ilə təchiz edilən yenilənmiş “MacBook Pro” noutbuklarını nümayiş etdirib.“ICTnews” Elektron Xəbər Xidməti “42TUT” resursuna istinadən yazır ki, məlumata görə, “Touch Bar” sensor panelinə malik 13 və 15 düym diaqonallı ekranlarla təchiz edilən noutbuk versiyaları yenilənib. 12 düymlük versiya (Pro cihazı ilə təchiz edilməyən) və “MacBook Air” dəyişikliyə məruz qalmayıb.
Yeni “MacBook Pro” noutbuklarının displeyləri, həmçinin, panelin rəng spektrini işıqlandırmadan asılı olaraq optimallaşdıran “True Tone” funksiyasını dəstəkləməyə başlayıb.
Daha bir yenilik əvvəlki versiya ilə müqayisədə nisbətən gec sıradan çıxan “kəpənək” tipli üçüncü nəsil klaviaturası ilə əlaqədardır. Bundan başqa, noutbuklara yardımçını çağırmaq üçün “Hey Siri” səsli funksiyasından istifadəyə imkan verən xüsusi “T2” çipi inteqrasiya olunub.
“Apple” nümayəndələrinin sözlərinə görə, akkumulyatorların tutumu daha güclü prosessorları kompensasiya etmək üçün ötənilki modellərlə müqayisədə nisbətən artırılıb. Lakin bununla yanaşı, avtonom iş vaxtı dəyişməz qalıb.
15 düymlük “MacBook Pro” turbo rejimində 2,9 QHs-4,8 QHs takt tezlikli səkkizinci nəsil “Intel Core i7” və “Core i9” prosessorları ilə təchiz olunub. “Radeon Pro” diskret qrafikası 4 giqabaytlıq yaddaşa malikdir. Bundan əlavə, “SSD” toplayıcısında quraşdırılmış yaddaşın tutumu 4 terabayt, “DDR4” tipli operativ yaddaşın isə 32 giqabayt təşkil edir.
13 düymlük versiya səkkizinci nəsil (2,7 QHs-4,5 QHs takt tezlikli) “Intel Core i5” və ya “Core i7” prosessorları, “SSD” toplayıcısında 2 terabayt tutumlu quraşdırılmış yaddaş, eləcə də “Intel Iris Plus 655” qrafik sürətləndiricisi ilə təchiz edilib.
Nizam Nuriyev
Baxış sayı: 808
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet