12px13px15px17px
Tarix:14/07/18

Ən pis işləyən smartfonlar məlum olub

“Blancco” şirkəti 2018-сi ilin birinci rübündə smartfonların təhlükəsizliyi və problemsizliyi üzrə tədqiqatın nəticələrini dərc edib. “Android” platformaları arasında ən problemli və pis işləyən 27,4 faiz göstərici ilə “Samsung” smartfonları olub.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra www.ferra.ru” resursuna istinadən yazır ki, reytinqdə ikinci yeri “Xiaomi” (14,2 faiz), üçüncünü isə “Motorola” (9,6 faiz) smartfonları tutub.
 
Məlumata görə, “Android” əməliyyat sistemli smartfonlarda məhsuldarlıq, kamera, mikrofon, akkumulyatorun enerjisinin tez tükənməsi ilə əlaqədar problemlər müşahidə olunur. Bu ilin birinci rübündə “Android” smartfonlarının 34 faizində məhsuldarlıqla bağlı problemlər qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 10 faiz təşkil edib.
 
Ən problemli “Apple” smartfonu “iPhone 6” (22 faiz) seçilib. İkinci pillədə 16 faizlə “iPhone 6s” modeli qərarlaşıb. Ekspertlər qeyd edir ki, smartfonların hər ikisi sensor ekran, ekranın gözlənilmədən sönməsi və ya boz rəngli zolaqlarla əlaqədar bir sıra problemlərə malikdir. “Apple” smartfonlarında daha çox problem “Bluetooth” və “Wi-Fi” ilə qoşulmada, eləcə də məhsuldarlıqda müşahidə edilir.
 
Nizam Nuriyev





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024