Tarix:18/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science.www.naked-science.ru” resursuna istinadən yazır ki, sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün 2 – mənəvi və praqmatik təhlükə törədir. Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.
Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun fizika professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir. Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə - texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi iyrəncdir və buna görə ciddi tənzimlənməlidir.
Nizam Nuriyev
İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək
İyulun 13-19-da Stokholmda (İsveç) süni intellektə həsr edilən “International Joint Conference on Artificial Intelligence” beynəlxalq konfransı keçirilir. Konfrans zamanı “Future of Life Institute” qeyri-kommersiya təşkilatı tərəfindən ölümlə nəticələnən alqoritmlərin istehsalının qadağan edilməsi haqqında saziş tərtib olunub. Sənədi imzalayan şəxslər arasında “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis, sahibkar İlon Mask, proqramçı və “Skype” təsisçisi Jaan Tallin yer alıb. Sənədə ümumilikdə 164 təşkilat və 2410 nəfər imza atıb.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science.www.naked-science.ru” resursuna istinadən yazır ki, sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün 2 – mənəvi və praqmatik təhlükə törədir. Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.
Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun fizika professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir. Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə - texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi iyrəncdir və buna görə ciddi tənzimlənməlidir.
Nizam Nuriyev
Baxış sayı: 501
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı