12px13px15px17px
Tarix:21/07/18

Sinqapurda 1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası  “SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, məlumata görə, hakerlər “SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış  resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub.
 
“SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.
 
Emil Hüseynov




Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024