12px13px15px17px
Tarix:21/08/18

Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək

Yaponiya hökuməti məktəblərdə uşaqların ingilis dilinə yiyələnmək bacarıqlarının yaxşılaşdırılmasına kömək üçün süni intellektə malik ingilisdilli robotların tətbiqini planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2019-cu ilin aprelindən etibarən təşəbbüsün effektivliyinin yoxlanılması üzrə eksperimental proqrama başlamağı nəzərdə tutur.

Yaponiyanın NHK teleradio şirkətinin məlumatına görə, əvvəlcə ölkə üzrə 500 məktəbdə sınaqdan keçiriləcək proqramın iki il sonra geniş tətbiqi planlaşdırılır.

Proqrama ingilis dili daşıyıcıları ilə danışıqlar üzrə tədris əlavələri və internet seansları da daxildir.

Yaponiya vətəndaşlarının ingilis dili biliklərinin təkmilləşdirilməsi üzrə proqram 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları zamanı gözlənilən turist axını ərəfəsində həyata keçirilir.  

Nizam Nuriyev





Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024