12px13px15px17px
Tarix:30/08/18

Qabaqcıl “Sony Xperia XZ3” smartfonu rəsmən təqdim edilib

31 avqust - 5 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA 2018” sərgisinin açılışı ərəfəsində “Sony” şirkəti yeni “Xperia XZ3” qabaqcıl smartfonunu təqdim edib.
 
Amma gözləntilər özünü doğrultmayıb. Məsələn, əsas kamera ikiqat deyil. Çərçivəsiz displey ön panelin 80%-ni tutur ki, bu da indi rekord sayıla bilməz.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Always-On Display” (həmişə aktiv displey) funksiyasına malikdir. Bu funksiya bloklanmış ekrana müxtəlif faydalı məlumat (saat, tarix, zəngli saat, xatırlatma, musiqi pleyeri) çıxartmağa imkan verir.
 
“Sony Xperia XZ3” smartfonu qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru, 4 QB-lıq əməli yaddaşı və 64 QB-lıq daxili fləş yaddaş (“microSD” kartının köməyi ilə yaddaşı artırmaq mümkündür), “QHD+” (2880x1440 piksel) təsvir ölçülü 6 düymlük OLED displey, 19 meqapiksellik əsas kamera və 13 meqapiksellik ön kamera ilə təchiz edilib. 3300 milliamper/saat tutumlu akkumulyator simsiz enerji doldurma xüsusiyyətinə malikdir.
 
Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “IP68” standartı üzrə su və toza qarşı dayanıqlıdır. Hər iki tərəfdən “Gorilla Glass 5” qoruyucu şüşəsindən istifadə olunub. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib. İki SİM kart, “LTE”, “Wi-Fi” (802.11 ac) və “Bluetooth 5.0” dəstəklənir, “USB Type-C” konnektoru və stereodinamiklər mövcuddur.
 
Emil Hüseynov





Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024