Tarix:01/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bu, smartfonlar üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış ilk çipdir. Şirkətin iddiasına görə, “Kirin 980” prosessoru əvvəlki çipdən 58-75% daha məhsuldardır.
“Huawei” şirkəti, həmçinin yeni prosessorun süni intellekt imkanları haqda məlumat verib və onu “Snapdragon 845” və “A11” ilə müqayisə edib. Şirkət rəsmisinin sözlərinə görə, “Kirin 980” prosessoru təsviri “Qualcomm”un qabaqcıl çipindən 22% və “Apple” şirkətinin prosessorundan 3 dəfə daha sürətli tanıyır.
“GPU Turbo” proqram təminatı nəticəsində sözügedən çipin imkanları daha da artacaq. Sözügedən proqram təminatı qrafik prosessorun məhsuldarlığını 60% artırır və enerji sərfiyyatını 30% aşağı salır.
“Kirin 980” prosessoru ilk dəfə “Huawei Mate 20” və “Mate 20 Pro” smartfonlarında tətbiq ediləcək.
Emil Hüseynov
“Huawei” yeni nəsil çip təqdim edib
“Huawei” şirkəti Berlində keçirilən “IFA 2018” beynəlxalq sərgisində yeni nəsil “Kirin 980” qabaqcıl prosessorunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bu, smartfonlar üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış ilk çipdir. Şirkətin iddiasına görə, “Kirin 980” prosessoru əvvəlki çipdən 58-75% daha məhsuldardır.
“Huawei” şirkəti, həmçinin yeni prosessorun süni intellekt imkanları haqda məlumat verib və onu “Snapdragon 845” və “A11” ilə müqayisə edib. Şirkət rəsmisinin sözlərinə görə, “Kirin 980” prosessoru təsviri “Qualcomm”un qabaqcıl çipindən 22% və “Apple” şirkətinin prosessorundan 3 dəfə daha sürətli tanıyır.
“GPU Turbo” proqram təminatı nəticəsində sözügedən çipin imkanları daha da artacaq. Sözügedən proqram təminatı qrafik prosessorun məhsuldarlığını 60% artırır və enerji sərfiyyatını 30% aşağı salır.
“Kirin 980” prosessoru ilk dəfə “Huawei Mate 20” və “Mate 20 Pro” smartfonlarında tətbiq ediləcək.
Emil Hüseynov
Baxış sayı: 540
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet