12px13px15px17px
Tarix:03/09/18

“5G” patent sahibləri ildə 20 milyard dollar qazanacaq

“Strategy Analytics” şirkətinin proqnozuna görə, beşinci nəsil (5G) şəbəkəsini dəstəkləyən telefonların istehsalı əqli mülkiyyət sahiblərinə 2025-ci ildən başlayaraq hər il təxminən 20 milyard dollar qazanmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, smartfonlarda “5G” texnologiyasından istifadəyə görə aşağıdakı üç şirkət ən çox qazanc əldə edəcək: “Ericsson”, “Nokia” və “Qualcomm”.
 
2025-ci ilədək “5G” həllərlə bağlı lisenziya ödənişlərinin ümumi həcmi 55 milyard dolları ötəcək. “Ericsson” və “Nokia” şirkətləri hər “5G”-qurğudan müvafiq olaraq 5 və 3,5 dollar, “Qualcomm” isə, ilkin məlumatlara görə, aparatın qiyməti üzrə müəyyən faiz alacaq.
 
Analitiklər əmindirlər ki, vaxt keçdikcə “5G” smartfonlarının orta satış qiyməti aşağı düşəcək, ancaq hətta 2025-ci ildə belə qurğuların qiyməti beşinci nəsil şəbəkəsini dəstəkləməyən telefonlarla müqayisədə üç dəfə daha baha olacaq.
 
Emil Hüseynov





Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024