Tarix:04/09/18
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, 25,4 x 25,4 x 2,8 mm ölçüsündə olan kiçikölçülü "VoCore2" sistemi tərtibatçılar tərəfindən açıq kodlu ucuz "Linux" layihə kimi xarakterizə edilir. Tələbələr bu layihənin köməkliyi ilə öz proqramları üzərində təcrübə apara, müxtəlif cihaz və kontrollerlər hazırlaya bilərlər.
"VoCore2" kompüteri 580 MHs takt tezlikli 4 nüvəli "MT7628AN" prosessoru, 128 MB-lıq daxili DDR2 yaddaşı və fləş yaddaş texnologiyası əsasında 16 MB-lıq daşıyıcı ilə təchiz edilib.
Mikrokompüterin lövhəsində 300 Mbit/s sürətli "WI-FI" modulu, "Ethernet", "USB 2.0", "UART", "SD", "SPI", "I2C" və "40+ GPIO" portları quraşdırılıb.
"VoCore2" layihəsinin özəlliyi və bir çox yığcam mikro fərdi kompüterlərdən fərqi yaxşı düşünülmüş periferiya aparat modulları dəstinə, həmçinin funksiyalarının genişləndirilməsi üçün minlərlə hazır proqrama malik olmasıdır.
Layihənin saytında "VoCore2" mikrokompüterini sifariş etmək mümkündür. Sistem həm ayrıca modul (qiyməti 17,99 dollar) şəklində, həm də periferiya və aksessuarlarla birgə əlçatandır. Məsələn, "USB" və "MicroSD" modulları ilə təchiz edilmiş "VoCore2" kompüterinin qiyməti 24,49 dollar təşkil edəcək.
Emil Hüseynov
Qəpik ölçüsündə 17 dollarlıq fərdi kompüter təqdim olunub
Çinin "VoCore" startapı daxili "Wi-Fi" moduluna malik "VoCore2" adlı kiçikölçülü kompüterin hazırlanması və kütləvi istehsalı üçün "Indiegogo" platformasında pul toplamağa nail olub."ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, 25,4 x 25,4 x 2,8 mm ölçüsündə olan kiçikölçülü "VoCore2" sistemi tərtibatçılar tərəfindən açıq kodlu ucuz "Linux" layihə kimi xarakterizə edilir. Tələbələr bu layihənin köməkliyi ilə öz proqramları üzərində təcrübə apara, müxtəlif cihaz və kontrollerlər hazırlaya bilərlər.
"VoCore2" kompüteri 580 MHs takt tezlikli 4 nüvəli "MT7628AN" prosessoru, 128 MB-lıq daxili DDR2 yaddaşı və fləş yaddaş texnologiyası əsasında 16 MB-lıq daşıyıcı ilə təchiz edilib.
Mikrokompüterin lövhəsində 300 Mbit/s sürətli "WI-FI" modulu, "Ethernet", "USB 2.0", "UART", "SD", "SPI", "I2C" və "40+ GPIO" portları quraşdırılıb.
"VoCore2" layihəsinin özəlliyi və bir çox yığcam mikro fərdi kompüterlərdən fərqi yaxşı düşünülmüş periferiya aparat modulları dəstinə, həmçinin funksiyalarının genişləndirilməsi üçün minlərlə hazır proqrama malik olmasıdır.
Layihənin saytında "VoCore2" mikrokompüterini sifariş etmək mümkündür. Sistem həm ayrıca modul (qiyməti 17,99 dollar) şəklində, həm də periferiya və aksessuarlarla birgə əlçatandır. Məsələn, "USB" və "MicroSD" modulları ilə təchiz edilmiş "VoCore2" kompüterinin qiyməti 24,49 dollar təşkil edəcək.
Emil Hüseynov
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı