12px13px15px17px
Tarix:14/09/18

“Facebook” istifadəçilərin foto və videolarını yoxlamağa başlayacaq

“Facebook”un əməkdaşları istifadəçilərin şəkil və videolarında göstərilən  faktların həqiqiliyini yoxlayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” resursuna istinadən yazır ki, sosial şəbəkənin nümayəndələri bildiriblər ki, “Facebook” üçün faktların yoxlanılması ilə məşğul olan 27 şirkət şübhəli foto və videoməzmunla işləyəcək. Bütün şübhəli dərclər işarələnəcək.
 
Bu yaxınlarda “Facebook” tərəfindən “Instagram” ilə birgə hazırlanmış “Rosetta” neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Süni intellekt real vaxt rejimində sosial şəbəkələrdə dərc edilmiş milyarddan çox şəkil, həmçinin videolardan mətni əldə etmək  və onu mətnin tanınması modelinə daxil etmək imkanına malikdir.
 
Emil Hüseynov





Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024