12px13px15px17px
Tarix:21/09/18

Yeni texnologiya qonşu otaqdakı insanları təyin etməyə kömək edəcək

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mühəndislər komandası otaqdan kənarda qurulmuş aparaturanın köməyi ilə həmin otaqdakı insanların sayını dəqiqliklə təyin etməyə imkan verən texnologiya işləyib hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” resursuna istinadən yazır ki, otaqdakı insanların sayını təyin etmək üçün yalnız iki qurğu lazımdır: simsiz ötürücü aparat və siqnal qəbuledicisi. Hər iki qurğu könüllülər olan otağın divarının arxasına yerləşdirilə bilər; lazımi otaqda qurğuların ilkin kalibrlənməsi tələb olunmur, həm də operatora ehtiyac yoxdur.
 
Otaqdakı insanların sayı qəbul edilən siqnalın (RSSI) səviyyə göstəricisinə görə qiymətləndirilir. “Wi-Fi” radiosiqnalı istiqamətində görüşən insanların sayından asılı olaraq qəbul edilən siqnalın gücü dəyişir. Həmçinin başqa fiziki maneələr, ən çox binaların divarları qəbul edilən siqnalın gücünə təsir edir. Amma Mostofinin qrupu bu problem aradan qaldırıb.
 
Mostofinin fikrincə, yeni texnologiya təhlükəsizlik sistemləri, enerji sərfiyyatının idarə edilməsi sistemlərində tətbiq edilə bilər.
 
 
Emil Hüseynov






Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Noyabr 2024

27 11 2024