Tarix:24/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə İtaliya Milli Astrofizika İnstitutunun alimlər qrupu tərəfindən yaradılıb. Eksperiment zamanı xüsusi detektor Oman səhrasında yeraltı suların aşkarlanması üçün istifadə olunub. Bu yerlərdəki şərait Marsdakı şəraitə çox bənzəyir. “ScanMars” adlanan radar yeraltı səthi radiodalğa impulslarının torpağa ötürülməsi və qəbulu vasitəsilə tədqiq edir. Ayrı-ayrı geoloji xüsusiyyətlərə malik sahələr radiodalğalara müxtəlif şəkildə reaksiya verir və əks etdirilən siqnalların köməyi ilə strukturun və yer təkinin sərhədlərinin təsvirini formalaşdırmağa şərait yaradır.
Məlumata görə, radarın sınaqları Marsda gələcək kəşfiyyata hazırlıq üçün nəzərdə tutulan “AMADEE-18” missiyası çərçivəsində aparılıb. Missiyaya müxtəlif elmi sahələrdə (mühəndislik, astrobiologiya, geofizika və s.) aparılan eksperimentlər cəlb edilib. Mütəxəssislər tərəfindən ümumilikdə 1,4 kilometr uzunluğunda və 5 metr dərinliyində 70 minə yaxın radiolokasiya səs siqnalı toplanılıb. Mütəxəssislərin sözlərinə görə, məlumatların keyfiyyəti çox yaxşıdır. Hazırda qurğu suyun mövcudluğunu birmənalı şəkildə müəyyənləşdirə bilməsə də, onun gələcək kosmonavtlara qazıntı işlərinin harada aparılması barədə məlumat verəcək əlamətlərini aşkarlaya bilir. Bu nailiyyət yaxınlarda Mars səthinin altında maye suyun aşkarlanması ilə əlaqədar böyük aktuallıq kəsb edir. Buna görə də tədqiqatçılar tərəfindən bütün səylər Mars planetinin səthinin analizi üçün istifadə ediləcək metodların hazırlanmasına yönəldiləcək.
Nizam Nuriyev
Marsda su axtaracaq qurğunun sınaqları keçirilib
İtaliya astronavtları Marsın gələcək sakinlərinə su axtarışında kömək edəcək radarın uğurlu sınaqlarını keçiriblər.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə İtaliya Milli Astrofizika İnstitutunun alimlər qrupu tərəfindən yaradılıb. Eksperiment zamanı xüsusi detektor Oman səhrasında yeraltı suların aşkarlanması üçün istifadə olunub. Bu yerlərdəki şərait Marsdakı şəraitə çox bənzəyir. “ScanMars” adlanan radar yeraltı səthi radiodalğa impulslarının torpağa ötürülməsi və qəbulu vasitəsilə tədqiq edir. Ayrı-ayrı geoloji xüsusiyyətlərə malik sahələr radiodalğalara müxtəlif şəkildə reaksiya verir və əks etdirilən siqnalların köməyi ilə strukturun və yer təkinin sərhədlərinin təsvirini formalaşdırmağa şərait yaradır.
Məlumata görə, radarın sınaqları Marsda gələcək kəşfiyyata hazırlıq üçün nəzərdə tutulan “AMADEE-18” missiyası çərçivəsində aparılıb. Missiyaya müxtəlif elmi sahələrdə (mühəndislik, astrobiologiya, geofizika və s.) aparılan eksperimentlər cəlb edilib. Mütəxəssislər tərəfindən ümumilikdə 1,4 kilometr uzunluğunda və 5 metr dərinliyində 70 minə yaxın radiolokasiya səs siqnalı toplanılıb. Mütəxəssislərin sözlərinə görə, məlumatların keyfiyyəti çox yaxşıdır. Hazırda qurğu suyun mövcudluğunu birmənalı şəkildə müəyyənləşdirə bilməsə də, onun gələcək kosmonavtlara qazıntı işlərinin harada aparılması barədə məlumat verəcək əlamətlərini aşkarlaya bilir. Bu nailiyyət yaxınlarda Mars səthinin altında maye suyun aşkarlanması ilə əlaqədar böyük aktuallıq kəsb edir. Buna görə də tədqiqatçılar tərəfindən bütün səylər Mars planetinin səthinin analizi üçün istifadə ediləcək metodların hazırlanmasına yönəldiləcək.
Nizam Nuriyev
Baxış sayı: 485
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet