Tarix:10/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, bu, internetin zəifləməsinə səbəb ola bilər. Yeni maliyyələşmə mənbələrinin axtarışının zəruriliyi barədə təşkilatın strategiyasına həsr edilən telefon konfransı və onlayn təqdimat zamanı rəhbərlik nümayəndəsi bildirib.
“Bazarda möhkəmlənmə, yüksək səviyyəli domen adlarının qeydiyyatının sayında artım tempinin azalması, eləcə də ümumi yüksək səviyyəli domenlərlə əlaqədar qeyri-müəyyənlik “ICANN”-ın təşkilatı idarə edən qlobal cəmiyyətin artmaqda olan tələb və ehtiyaclarını dəstəkləmək imkanına təzyiq göstərir”, - təqdimatda qeyd olunub.
“ICANN” nümayəndələrinin fikrincə, yaxın 5 ildə təşkilatın domenlərin satışından gəlirlərinin əvvəlki səviyyədə qalacağı və ya azalacağı halda mövcud çoxtərəfli idarəetmə modelinin dəstəklənməsi və yeni texnologiyalar üçün xərclər artmaqda davam edəcək. Vəsait çatışmazlığı ilə bağlı problemin həlli üçün “ICANN” xərclərin idarəetmə modelini və maliyyə planlaşdırmasını təkmilləşdirməyi düşünür.
Təşkilat, həmçinin təhlükəsizlik sisteminin və kibertəhdidlərlə mübarizənin yaxşılaşdırılması üçün yeni texnologiyaların tətbiqini vacib hesab edir. Məsələn, təşkilat blokçeyn, süni intellekt, “big data” və “Əşyalar interneti” texnologiyalarından istifadə imkanını nəzərdən keçirir.
Nizam Nuriyev
“ICANN” vəsait çatışmazlığı ilə üzləşib
İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” qeyri-kommersiya təşkilatı gəlirlərinin mümkün azalması ilə bağlı xəbərdarlıqla çıxış edib.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, bu, internetin zəifləməsinə səbəb ola bilər. Yeni maliyyələşmə mənbələrinin axtarışının zəruriliyi barədə təşkilatın strategiyasına həsr edilən telefon konfransı və onlayn təqdimat zamanı rəhbərlik nümayəndəsi bildirib.
“Bazarda möhkəmlənmə, yüksək səviyyəli domen adlarının qeydiyyatının sayında artım tempinin azalması, eləcə də ümumi yüksək səviyyəli domenlərlə əlaqədar qeyri-müəyyənlik “ICANN”-ın təşkilatı idarə edən qlobal cəmiyyətin artmaqda olan tələb və ehtiyaclarını dəstəkləmək imkanına təzyiq göstərir”, - təqdimatda qeyd olunub.
“ICANN” nümayəndələrinin fikrincə, yaxın 5 ildə təşkilatın domenlərin satışından gəlirlərinin əvvəlki səviyyədə qalacağı və ya azalacağı halda mövcud çoxtərəfli idarəetmə modelinin dəstəklənməsi və yeni texnologiyalar üçün xərclər artmaqda davam edəcək. Vəsait çatışmazlığı ilə bağlı problemin həlli üçün “ICANN” xərclərin idarəetmə modelini və maliyyə planlaşdırmasını təkmilləşdirməyi düşünür.
Təşkilat, həmçinin təhlükəsizlik sisteminin və kibertəhdidlərlə mübarizənin yaxşılaşdırılması üçün yeni texnologiyaların tətbiqini vacib hesab edir. Məsələn, təşkilat blokçeyn, süni intellekt, “big data” və “Əşyalar interneti” texnologiyalarından istifadə imkanını nəzərdən keçirir.
Nizam Nuriyev
Baxış sayı: 589
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet