Tarix:11/10/18
Məlumata görə, şəbəkə operatorları və ya internet provayderləri açarın dəyişdirilməsinə hazır olmasa, bir sıra istifadəçilər zərər çəkə bilər, lakin hər şey qaydasında gedəcəyi təqdirdə əksər istifadəçilər “DNS” özək zonasına çıxış imkanı ilə təmin ediləcək.
Qeyd olunur ki, domen adları və ya “DNSSEC” informasiyasının təhlükəsizlik sisteminin genişləndirilməsinin yoxlanışını işə salan operatorlar açarın dəyişdirilməsinə hazır olmalarını yoxlamalıdırlar.
Açarın dəyişdirilməsi mənfi nəticələrə səbəb olmayacaq. “ICANN” vitse-prezidenti Mett Larsonun sözlərinə görə, təşkilat hər şeyin maksimum yaxşı keçməsi üçün əlindən gələni edib. O, həmçinin əlavə edib ki, oxşar prosedurlar gələcəkdə də həyata keçiriləcək.
“DNSSEC” – “DNS” informasiyasına qəsdən edilməyən və ya qəsdən edilən dəyişikliklərin baş verməməsinin təsdiqi üçün istifadə edilən təhlükəsizlik protokollar dəstidir.
Qeyd edək ki, sentyabrda “ICANN” təşkilatının rəhbərliyi Belçikada keçirilən müzakirələrdə “DNS” özək zonası üçün kriptoqrafik açarın dəyişdirilməsi ilə bağlı planı təsdiq edib.
Nizam Nuriyev
Bu gün “DNS” zonası üçün kriptoqrafik açar dəyişdiriləcək
Bu gün internetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı koordinasiya edilmiş ümumdünya vaxtı (UTC) ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 20:00) “DNS” özək zonası üçün kriptoqrafik açarı yeniləməyə başlayacaq.Məlumata görə, şəbəkə operatorları və ya internet provayderləri açarın dəyişdirilməsinə hazır olmasa, bir sıra istifadəçilər zərər çəkə bilər, lakin hər şey qaydasında gedəcəyi təqdirdə əksər istifadəçilər “DNS” özək zonasına çıxış imkanı ilə təmin ediləcək.
Qeyd olunur ki, domen adları və ya “DNSSEC” informasiyasının təhlükəsizlik sisteminin genişləndirilməsinin yoxlanışını işə salan operatorlar açarın dəyişdirilməsinə hazır olmalarını yoxlamalıdırlar.
Açarın dəyişdirilməsi mənfi nəticələrə səbəb olmayacaq. “ICANN” vitse-prezidenti Mett Larsonun sözlərinə görə, təşkilat hər şeyin maksimum yaxşı keçməsi üçün əlindən gələni edib. O, həmçinin əlavə edib ki, oxşar prosedurlar gələcəkdə də həyata keçiriləcək.
“DNSSEC” – “DNS” informasiyasına qəsdən edilməyən və ya qəsdən edilən dəyişikliklərin baş verməməsinin təsdiqi üçün istifadə edilən təhlükəsizlik protokollar dəstidir.
Qeyd edək ki, sentyabrda “ICANN” təşkilatının rəhbərliyi Belçikada keçirilən müzakirələrdə “DNS” özək zonası üçün kriptoqrafik açarın dəyişdirilməsi ilə bağlı planı təsdiq edib.
Nizam Nuriyev
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet